Həbib üçün “ata silləsi”

Həbib üçün “ata silləsi”
Dünən keçirilən görüşdən sonra azarkeşlərə hücum edən  Həbib Nurməhəmmədovu daha bir cəza gözləyir.

Sport7.azxəbər verir ki, Həbibin məşqçisi və atası Əbdülmanap Nurməhəmmədov bildirib ki, Las-Veqasda keçirilən turnirdə irland Konor Makqreqorla döyüşdən sonra baş verən davaya görə oğlunu cəzalandıracaq.

"Mən öz daha sərt sanksiyamı tətbiq etmək məcburiyyətindəyəm. UFC-nin qadağasından da sərt. Nizam-intizam, qayda-qanun olmalıdır. Rinqdə nə desən etmək olar. Lakin ondan kənarda adi insanlar, qadınlar, uşaqlar, kənar şəxslər var. Rinqdən kənarda hər şey sülh şəraitində olmalıdır", - deyə idmançının atası bildirib.

Sport7.az

Xəbər lenti