"Heç biri yüksək səviyyədə deyil" - "Sabah"ın məşqçisi

"Rəqibi təbrik edirəm. Hava şəraiti də öz sözünü dedi. Çalışdıq ki, qısa zamanda nəsə edib, irəli gedək. Amma alınmadı".

Sport7.az xəbər verir ki, bunları "Sabah"ın baş məşqçi əvəzi Rövşən Babayev Premyer Liqanın V turunda "Sumqayıt"a səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Onun sözlərinə görə, komandanın ön xətti istədikləri səviyyədə deyil: "Sabah"dakı forvardların problemi odur ki, onların heç biri yüksək səviyyədə futbolçu deyillər. Hələlik komandaya müvəqqəti baş məşqçi təyin edilən İqor Ponomaryovla görüşməmişik. Görüşsək, komanda barədə məlumat verərik". (Matc.az)
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR