Helikopterin qəzaya uğradığı anın yeni görüntüləri yayıldı - VİDEO

Helikopterin qəzaya uğradığı anın yeni görüntüləri yayıldı - VİDEO
"Lester"in prezidenti, "King Power Duty Free" şirkətinin sahibi Viçay Şrivaddanaprabhanın və daha 4 nəfərin olduğu "Agusta Westland AW169 markalı helikopterin qəza anının yeni görüntüləri yayılıb.
 
Sport7.az xəbər verir ki, kadrlarda stadiondan qalxmağa çalışan helikopterin əvvəlcə tüstülədiyi, havaya yüksələndən sonra isə fırlanaraq yerə düşdüyü görünüb. 60 yaşlı milyarderin özəl helikopteri "Lester"in "King Power Arena" stadionunda oktyabrın 27-də, "Vest Hem"ə qarşı matçın ardından, havaya qalxandan bir neçə dəqiqə sonra yerə düşərək alışıb. Ümumilikdə qəzada 5 nəfər həlak olub.

Helikopterin pilotu Erik Svaffer daha böyük faciənin qarşısını alıb, nasaz helikopteri stadiondan kənara yönəldib. Hava nəqliyyat vasitəsinin quyruq vintinin sıradan çıxması da görüntülər arasındadı.

Qəzada Viçay Şrivaddanaprabha, onun köməkçiləri Nursara Suknamay və Kaveporn Punpare, İzabella Roza Lexoviç və pilot Erik Şvaffer həlak olublar. Avtomobil dayanacağının yanına düşən helikopteri yanğınsöndürənlər 20 dəqiqəyə söndürüblər.

 
Sport7.az

Xəbər lenti