"Həmin epizod zamanı bəxtimiz gətirdi" - Hapal

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Trnava şəhərindəki Anton Malatinskiy stadionunda keçirilmiş Slovakiya - Azərbaycan oyunundan sonra meydan sahblərinin baş məşqçisi Pavel Hapal fikirlərini bölüşüb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında jurnalistlərə bunları söyləyib: "Biz oyuna yaxşı başladıq və bir neçə təhlükəli epizodlar yaratdıq. Rəqib isə kompakt oynadı. Fasilədən sonra sanki Azərbaycan millisinin futbolçularında bir canlanma yaşandı. Bizdə isə əksinə, ikinci hissədə futbolçularım bir qədər həvəsdən düşdülər. Uelsin hesabda öndə olması xəbəri də təsir etməyə bilməzdi. Azərbaycan millisinin hesabı bərabərləşdirmək imkanı oldu, ancaq qapıçımız əla çıxış edərək buna imkan vermədi. Həmin epizod zamanı bir qədər də bəxtimiz gətirdi. Ardınca isə ikinci qolu vurduq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR