Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

AFFA Həmkarlar İttifaqı bölgələrə səfərini davam etdirir. 

Sport7.az xəbər verir ki, AFFA Hİ-nin sədri Nazim Süleymanov və qurumun üzvləri - Samir Ələkbərovla Asəf Namazov Masallıda futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Nazim Süleymanov təşkilatın fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Futbolumuzun durumu ilə bağlı müzakirə aparılıb, Masallı futbol ictimaiyyətinin təklifləri dinlənilib.

Masallı futbol ictimaiyyəti AFFA Həmkarlar İttifaqının yaradılmasını dəstəklədiklərini bildiriblər və qurumun aktiv fəaliyyət göstərməsi üçün hər cür yardım göstərəcəklərini qeyd ediblər.

Daha sonra AFFA Həmkarlar İttifaqının yerli təşkilatının təsis iclası keçirilib. Masallıda AFFA Həmkarlar İttifaqının yerli təşkilatı təsis olunub. Balayar İbayev təşkilata sədr seçilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR