Hər dəfə "jim" etdi, sonda isə...

Hər dəfə
Yaponiyanın Kurima şəhərində keçirilən, ümumilikdə 60 min dollar mükafatı olan İTF Tenis Turnirində qəribə görüntülər yaşanıb.

Sport7.az xəbər verir ki, yaponiyalı Rika Fujivara ingilis rəqibi Laura Robsonla görüşdüyü matçda hər dəfə hesaba xal yazılarkən "jim" edib. Amma bu taktika 35 yaşında və dünya üzrə reytinq sıralamasında 864-cü yerdə olan Fujivaranın işinə yaramayıb. 

Belə ki, nəticədə yapon tenisçi 6:1, 6:3 hesabı ilə uduzub. Rəqibi Robson isə oyundan sonra öz "Tvitter" hesabında "O ikinci setdə, mənim keçən il etdiyimdən daha çox "jim" etdi" sözlərini yazaraq, onunla məzələnib.

Sport7.az

Xəbər lenti