"Hər gün şükr edirəm" - Ronaldinyo

"Braziliya millisinin sabiq üzvü Ronaldinyo meydanda üzündə təbəssümlə oynamağı vacibliyindən bəhs edib. 

Sport7.az xəbər verir ki, əfsanəvi futbolçu bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında danışıb. 

"Bu haqda fikir bildirmək çətindir. Çünki hər kəs özünə uyğun davranır. Mən həmişə gülümsəyərək oynayırdım. Mən hər gün xoşbəxtlik üçün Allahıma şükr edirəm. 

Tanrının mənə verdiyi istedad sayəsində sevdiyim işlə məşğul oldum, fərqli ölkələr gördüm, fərqli mədəniyyətlər tanıdım. Başqa dillər öyrənmək imkanı mənə xeyir verdi. Sahib olduğum hər şeyi futbol verdi mənə", deyə xoşbəxtlik sirrini açıb. 

Sport7.az

Xəbər lenti