"Hər ikisi yüksək səviyyəli futbolçudu" - "Arsenal"ın müdafiəçisi

"Arsenal"ın futbolçusu Şkodran Mustafi komandanın iki liderinin Məsut Özil və Aleksis Sançesin "topçuları" mövsümün sonunda müqaviləsi bitdiyi üçün tərk edəcəyi ilə bağlı fikirlərə münasibət bildirib.
 
Sport7.az xəbər verir ki, müdafiəçi "Sözsüz ki, hər ikisi vacib oyunçudu. Aleksis çox qol vurur, Məsut ötürmələr verir hətta fərqlənir də. Hər ikisi yüksək səviyyəli futbolçudu. Müxtəlif şaiyələr var, amma bu onları yayanların öz işidi. Onlar hər ikisi gələcəklərinə dair qərar verəcəklər, mənim üçün isə problem yoxdu. Hər kəsin düşündüyü tək şey futbol meydanlarına dönüşdü" sözlərini söyləyib.
 
Sport7.az

Xəbər lenti