"Hər şeyi düzəltməli və işləməliyik" - Yunis Hüseynov

"Bu günkü matçda qələbə qazanmaq istəyirdik, amma alınmadı. Rəqibi təbrik edirəm. Hesabda irəli çıxdıq, amma sanki qol vurandan sonra futbolçularda nəsə çatmırdı və arxaya oturdular. İlk 3 matçda qol buraxmamışdıq, müdafiə xətti bu gün zəif çıxış etdi. Heç nədən qapımızda qollar gördük. Qarşıda oyunlarımız var. Bu, o demək deyil ki, hər şey qurtardı. Çalışıb hər şeyi düzəltməli və işləməliyik".

Sport7.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 4-cü turunda evdə "Zirə"yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, hər oyundan əvvəl rəqibi analiz edirlər: "Rəqib cinahdan qollar qol vurdu. Bunu kim fikirləşə bilərdi. Futbolda hər şey olur. Müdafiəçilər zəif oynadı ki, onlar da başla qollar vurdu. Zəif oynadıq ki, məğlub olduq. Tərcübəli futbolçumuz isə penaltiyə səbəb oldu".

Baş məşqçi futbolçuların hər oyuna final kimi baxdığını sözlərinə söyləyib: "Heç vaxt narazı olmamışam. Həddindən artıq aqressiya olanda futbolçu yana bilərlər. Bəlkə də çox istəkli olduqları üçün zəif çıxış etdilər. Bu gün ümumiyyətlə oyundan razı qalmadım. Oyunun gedişatı məni qane etmədi".

Y.Hüseynov hakimlərin iki epizodda səhv qərar verdiyini vurğulayıb: "Düşünürəm ki, penaltimiz verilmədi, top rəqibin əlinə dəymişdi. Yan xətt hakimi rəqibin əks hücumu zamanı zədələnən oyunçunu meydana buraxdı. Hakimlik normal idi, hamıda səhvlər olur. Bizim komanda əks hücumda yaxalandı, yan xətt hakimi futbolçunu cinahdan oyuna atdı. Mənə elə gəlir ki, belə şeylər olmamalıdır. Komanda olaraq qarşıdakı matçlarda dəyişiklik etməyə çalışmalıyıq". (Qol.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR