“Hesabda geri düşsək də, təslim olmadıq” – Rəşad Sadıqov

“Hesabda geri düşsək də, təslim olmadıq” – Rəşad Sadıqov
"Hər iki komandanın timsalında maraqlı oyun izlədik. Rəqibin heyətində yaxşı oyunçular var”.
 
Sport7.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, Bakıda Macarıstan yığması ilə keçirilən görüş haqda fikirlərini bildirib: "Futbolçularımız oyun ərzində intizama riayət etməyə, sona qədər mübarizə aparmağa çalışdı. Hesabda geri düşsək də, təslim olmadıq.  Hətta məğlub olsaydıq belə, komandamdan razı qalacaqdım. İnkişaf etmək istəyiriksə, yoxlama oyununda da rəsmi qarşılaşmadakı kimi çıxış etməliyik. Çalışıram ki, uşaqlar meydanda özlərini inamlı hiss etsinlər. Bu gün hər iki komandanın üzvləri start fitindən etibarən aqressiv oynadı. Bütün mövqelərlə bağlı həm müsbət məqamlar, həm də çatışmazlıqlar var. Müsbət tərəfi inkişaf etdirməyə, problemləri isə aradan qaldırmağa çalışmalıyıq”.

Qeyd edək ki, Azərbaycan və Macarıstanın U-21 komandaları arasında oyun 3:3 hesabı ilə başa çatıb.
 
Sport7.az

Xəbər lenti