Həvəskarların oyununda minlərlə azarkeş - FOTOLAR

Həvəskarların oyununda minlərlə azarkeş - FOTOLAR
Türkiyədə həvəskar komandalar arasında baş tutan bir görüşdə meydandakı azarkeşlərin sayı baxanları təəccübləndirib.
 
Sport7.az xəbər verir ki, yerli "Artvin Hopaspor"un oyununa 1,5 saat qalmış stationun qapıları bağlanıb. Hopadakı arenada keçirilən və asayiş keşikçilərinin ciddi təhlükəsizlik tədbiri görməyə məcbur olduqları oyunu tribunadakı azarkeşlərlə yanaşı, stadionun ətrafındakı evlərin balkonlarından, binaların karkasından hətta ağacın başından da minlərlə insan izləyib.
 
"Artvin Hopaspor"un 2:0 hesabı ilə qalib gəldiyi matçdan sonra azarkeşlər bu qələbəni təntənəli şəkildə, zurna-balabanlarla qeyd edib. Hətta petardlar da yandırılıb. Komanda bu qələbə ilə qrupda liderliyə yüksəlib.
 








 

Sport7.az

Xəbər lenti