“Heydər Əliyev Kuboku-2019” turnirinə start verilib

“Heydər Əliyev Kuboku-2019” turnirinə start verilib

Yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev Kuboku-2019” beynəlxalq turnirinə start verilib.
 
Sport7.az xəbər verir ki, Xırdalanda, Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək ənənəvi yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan və Qırğızıstan yığmaları iştirak edir. 114 idmançının qatıldığı "Heydər Əliyev Kuboku-2019″un final görüşləri mayın 1-də olacaq.

Azərbaycan millisi yarışda geniş heyətlə mübarizə aparacaq. Komandamızın baş məşqçisi Vaqif Kazımov turnirdə 52 yeniyetməni sınaqdan keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR