Heydər Əliyev Kubokuna yekun vuruldu - FOTOLAR

Heydər Əliyev Kubokuna yekun vuruldu - FOTOLAR
Heydər Əliyev Kuboku uğrunda keçirilən futbol turnirinə yekun vuruldu. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışda 4 komanda – "Araz Naxçıvan”, MOİK, "Mil-Muğan” və "Zaqatala” iştirak etdilər. Yarışın qalib və mükafatçıları sonuncu turda müəyyənləşdi.

Günün ilk oyununda "Zaqatala" və "Mil-Muğan" komandaları qarşılaşdılar. 1-1 hesabı ilə yekunlaşan görüşdə "Zaqatala"dan 20-ci dəqiqədə Yusif Pranov "Mil-Muğan"dan isə 90+2-ci dəqiqədə Emin Cəfərquliyev fərqləndi. Bu oyunda "Zaqatala" ilk, "Mil-Muğan" isə 5-ci xalını qazandı. Yarışın qalibi isə günün son oyununda müəyyənləşdi. "Araz Naçıvan"ı 90+2-ci dəqiqədə Ruslan Nəsirlinin qolu ilə 1-0 hesabı ilə məğlub edən MOİK 7 xalla yarışın qalibi oldu. Yarışın gümüş medallarını aktivində 5 xal olan "Mil-Muğan", bürünc medalını isə 3 xallı "Araz Naxçıvan" yiyələndi.    

Turnirdə eyni zamanda fərdi nominasiyalar üzrə qaliblər də mükafatlandırıldı. 

Ən yaxşı qapıçı – Əli Həsənli (MOİK)
Ən yaxşı oyunçu – Tofiq Mikayılov ("Mil Muğan”)
Ən yaxşı bombardir – Rəhman Musayev  (MOİK)

Fərdi nominasiyalar üzrə mükafatları, eləcə də gümüş və bürünc medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov  və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim etdilər. Yarışın qızıl medallarını və Heydər Əliyev Kubokunu qalibə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov təqdim etdi. Digər komanda üzvləri ilə də görüşən Vasif Talıbov onlara gələcək yarışlarda uğurlar arzuladı. 











 

Xəbər lenti