Hidayət Heydərovdan bürünc medal

Hidayət Heydərovdan bürünc medal
Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə "World Masters” yarışına start verilib.
 
Sport7.az xəbər verir ki, yarışın ilk günü yığmamız aktivinə bir medal yazdırıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov mötəbər yarışda bürünc medal qazanıb.

46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 7 cüdoçu ilə təmsil olunur.
 
Sport7.az

Xəbər lenti