Hollandiya klubu Kökcünü millimizə buraxmadı

Hollandiya klubu Kökcünü millimizə buraxmadı
Ozan Can Kökcü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak etməyəcək.

Sport7.az xəbər verir ki, milliləşdirilmiş türk futbolçunu klubu yığmamıza buraxmayıb.

19 yaşlı yarımmüdafiəçinin milliyə cəlb olunması ilə bağlı öncədən Hollandiya təmsilçisi ilə razılıq əldə olunsa da, yanvarın 12-dən çempionatın ikinci dövrəsinin başlanmasını əsas gətirən kub rəhbərliyi Özan Can Kökcünün yığmanın toplanışına qatılmasına icazə verməyib.
 
Sport7.az

Xəbər lenti