Hollandiya millisinin forma qalmaqalı - FOTO

Hollandiya millisinin forma qalmaqalı - FOTO

Fransada keçiriləcək AÇ-2016-nın final mərhələsinə vəsiqə qazana bilməyən Hollandiya millisi yenidən gündəmə gəlib. Sport7.az xəbər verir ki, "narıncılar" bu dəfə forma qalmaqalı ilə yadda qalıb.

Sən demə, A qrupunun son matçı çərçivəsində keçirlən Hollandiya - Çexiya matçında ev sahibinin üzvü Mempis Depay meydana köhnə forma ilə çıxıb. Belə ki, "Mançester Yunayted"də də çıxış edən futbolçunun formasının üzərində ölkəsininki ilə yanaşı, Çexiyanın əvəzinə, İslandiyanın bayrağı olub. Bu, qarşılaşma ərzində diqqətdən yayınsa da, sonradan aşkarlanıb.

Qeyd edək ki, Hollandiya - İslandiya matçı sentyabrın 3-də baş tutmuşdu. 




OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR