Hollandiyalı futbolçu "Qəbələ"dən ayrıldı

Hollandiyalı futbolçu
"Qəbələ” hollandiyalı futbolçu Dion Malon ilə yollarını ayırıb.
 
Sport7.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıaşma ilə xitam verilib. 2017-ci yayından komandamızda çıxış edən legioner 2017-2018-ci illər mövsümündə "Qəbələ”nin şərəfini qoruyub. Dion "qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 21 oyun keçirib. Topaz Premyer Liqasında 18 matça çıxan hollandiyalı UEFA Avropa Liqasında 3 oyunda iştirak edib.

"Qəbələ” İdman Klubu Dion Malona "qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.
 
Sport7.az

Xəbər lenti