Honda Azərbaycan klubuna 15 milyona təklif olunub

Honda Azərbaycan klubuna 15 milyona təklif olunub

"Sabah" klubunun keçmiş idman direktoru, futbol eksperti Emin Abbasov Yaponiya millisinin sabiq futbolçusu Keisuke Hondanın "Neftçi"yə gözlənilən transferi ilə bağlı maraqlı məlumat paylaşıb. 

Sport7.az xəbər verir ki, Abbasov özünün "Facebook" səhifəsində belə yazıb: 

"Biri deyir, Honda "Neftçi"yə lazımdır, o biri deyir, sönmüş ulduzdu bu. Bir başqası zarafata salır ki, "Neftçi"yə çempion olmaq üçün Honda yox, BMW lazımdır və s. Bütün bu söz-söhbətlər burulğanında əksəriyyət nədənsə, məsələni incələmək istəmir. Honda indi hansı formadadır, hansı pula gəlməyə razıdır, ona xərclənəcək pulu klubun marketinqi "dirildə" bilərmi, "Neftçi"nin məşqçisi necə baxır bu transferə və başqa nüanslar... Maraq üçün deyim ki, Honda 2019-cu ildə "Melburn"dan ayrılanda mənə təklif olunmuşdu - 15 milyon avroya!"

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR