Hovuza tullanan "Roma" prezidentini bu xanım cəzalandırdı - FOTOLAR

Hovuza tullanan
"Roma"nın prezidenti Ceyms Pallotta, "Barselona" üzərində qələbədən sonra hovuza tullandığı üçün cəzalandırılıb.
 
Sport7.az xəbər verir ki, onu cəzalandıran şəxs isə bələdiyyənin xanım rəhbəri Vircinya Raccidi. Racci məsələ ilə bağlı açıqlamasında "Roma" prezidentinin ondan üzr istədiyini bildirib: "Onun etdiyi anlıq bir hərəkət idi. Ancaq insanlara nümunə olmasının vacibliyinin fərqindədi və cəzasını çəkəcək".
 
Raccinin Pallottaya verdiyi cəza isə 500 avrodu. İtaliya paytaxtının qadın rəhbəri gözəlliyi ilə də diqqət çəkir.
 









 

Sport7.az
 

Xəbər lenti