Hraçya Rostomyan:

Hraçya Rostomyan: "Bakıda bayrağımızı qaldırmaq şərəf məsələsidir"

 
Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyan 2014-cü ilin yekunlarına dair mətbuat konfransı keçirib. 

Sport7.az xəbər verir ki, o, Bakıda keçiriləcək Avropa Oyunlarında idmançlardan uğurlu çıxış gözlədiyini bildirib. 

Rostomyan qeyd edib ki, erməni idmançılar Bakıda öz ölkələrinin bayrağını qaldırmalıdırlar: "Bakıda keçiriləcək Avropa oyunlarında iştirak etməmək üçün heç bir səbəb görmürəm. Biz orada olacağıq və idmançılarımızın bütün təhlükəsizlik məsələləri həll ediləcək. Amma yenə də iştirakımızla bağlı yekun qərar fevral ayında veriləcək. Əgər biz Bakıdakı Avropa Oyunlarında iştirak etsək və orda Ermənistan bayrağını qaldırsaq, bu olduqca yaxşı olacaq. Bu bizim üçün şərəf məsələsidir. İdmançılarımızın valideynləri Azərbaycana gedəcəyimizə görə narahat olmasınlar. Qərar valideynlərə məxsusdur. Ancaq psixoloji baxımdan uşaqlarda problem olmayacaq. Onların hamısı ölkəmizi orda şərəflə təmsil edə biləcək və medallar qazanacaq". 

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR