"Hücumları sonlandırmaqda dəqiqlik çatışmadı" - "Sabah"ın baş məşqçisi

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində Masazırda "Sumqayıt"ı qəbul edən "Sabah"ın baş məşqçisi Visente Qomes oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, ispan mütəxəssis 1:2 hesablı məğlubiyyətə belə izah verib: "İlk hissədə üstün tərəf biz idik. Rəqibə əks-hücum etməyə imkan vermirdik. Fasilədən sonra da qol imkanlarımız oldu. Lakin hücumları sonlandırmaqda dəqiqlik çatışmadı. Əvəzində rəqib əks-hücumda qol vurdu və qələbə qazandı".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR