Hüseynzadə 8-ci oldu

Hüseynzadə 8-ci oldu
22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədir.
 
Sport7.az xəbər verir ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxırlar. Bu gün qızlardan ibarət millimizin son üzvü – Fidan Hüseynzadə yaşı 17-yə qədər qızların mübarizəsində 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Fidan birdən qaldırma hərəkətində 70 kq nəticə ilə 6-cı yeri, təkanla qaldırma hərəkətində 80 kq nəticə ilə 9-cu yeri tutub. Toplam 150 kq (70+80) nəticə ilə Hüseynzadə bu çəkinin yekun sıralamasında 8-ci pillədə qərarlaşıb.
 
Sport7.az

Xəbər lenti