I Divizionun qalibləri mükafatlandırıldı - VİDEO

I Divizionun qalibləri mükafatlandırıldı - VİDEO
Azərbaycan I Divizionunda 2017/18 mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Sport7.az xəbər verir ki, bu gün mövsümün sonuncu – 27-ci turu çərçivəsində baş tutan "Şüvəlan” - "Xəzər” oyunundan (2:0) sonra bütün mükafatçı komandalar öz medallarına qovuşublar.

Öncə "Şüvəlan”ın üzvlərinə bürünc, ardınca "Qaradağ Lökbatan”ın futbolçularına gümüş medallar verilib. Sonda isə çempionatı ilk pillədə başa vuran "Xəzər” komandasına qızıl medallar və kubok təqdim olunub.

Mükafatlar Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən təqdim olunub.
 

Sport7.az

Xəbər lenti