İbrahimoviç: "FİFA məni dayandıra bilməz"

İbrahimoviç:
"Mançester Yunayted"də aldığı zədədn sonra ABŞ-a yollanan və "Los Anceles Qalaksi" ilə müqavilə imzalayan Zlatan İbrahimoviç İsveç yığmasına dönə biləcəyinə işarə vurub.
 
Sport7.az xəbər verir ki, İbra "Eurosport"a verdiyi müsahibədə Rusiyada keçiriləcək dünya çempionatında İsveç yığmasının heyətində yer ala biləcəyini söyləyib. 
 
FİFA-nı qaydalarına görə bir futbolçunun hər hansı mərc oyunları şirkəti ilə əlaqəsi qadağan olduğu halda İbrahimoviç bu şirkətlərdən birinin inkişaf direktorluğunu öz üzərinə götürüb. 
 
Bu mövzu ilə bağlı "FİFA məni dayandıra bilməz. Orda olmaq istəsəm olacağam" deyən İbrahimoviç "Yığmada oynamaq istəsəm, yer alacam. Bu FİFA deyil mənim üçün verilən bir sualdı və istəyimə bağlıdı. Bütün qapılar açıqdı. İndi futbol oynamaq istəyirəm, o zaman oynayaq. Dünya çempionatında oynaya biləcəyimi görəcəyik" sözlərini söyləyib.
 
İbrahimoviç İsveç yığm asında meydana çıxdığı 116 oyunda 62 qola imza ataraq ölkəsinin ən çox fərqlənən futbolçusu ünvanına malikdi. 
 
İsveç yığması DÇ-2018-in "Pley-off"unda İtaliyanı iki oyunun nəticəsinə görə (1:0, 0:0) məğlub edərək final mərhələsinə vəsiqə qazanmışdı.
 
Sport7.az

Xəbər lenti