"İbrahimoviç hələ ki, idman zalında şüşələri sındırır" - Kapello

"Yuventus"un sabiq baş məşqçisi Fabio Kapello vaxtilə rəhbərliyi altında oynamış İbrahimoviçlə bağlı maraqlı fikirlər səsləndirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis "Sky Sport İtalia"ya açıqlamasında "İbrahimoviç "Yuventus"a gələndə qapıya tərəf zərbə vura bilmirdi. Onun meneceri Mino Rayola mənə "İbrahimoviç çox güclüdü, zərbələri qapıçının əlini sındırır" dedi. Ona cavab verdim ki, "Qulaq as, o hələ ki, idman zalında şüşələri sındırır". Bundan sonra o hər gün zərbələri üzərində çalışmağa başladı və bildiyiniz kimi, bu planda böyük irəliləyiş əldə etdi. 
 
Mən "Roma"da çalışanda İbrahimoviçi izləyirdim. "Yuventus" onu əldə edəndə, möhtəşəm transfer həyata keçirdi. Turinlilər onu 16 milyon avroya aldı və 4 hissədən ibarət ödəmə etdi. "Ayaks"da onun böyük futbolçu olmayacağına qərar çıxarmışdılar".
 
Zlatan 2004-2006-cı illərdə Kapellonun rəhbərliyi altında "Yuventus"da çıxış edib. Həmin müddətdə 70 matça çıxan isveçli hücumçu 26 qola müəlliflik edib.
 
Sport7.az

Xəbər lenti