İbrahimoviç:

İbrahimoviç: "Koronavirus mənə meydan oxumağa cəsarət etdi"

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç koronavirusa yoluxduğunu açıqlayıb.

Sport7.az xəbər verir ki, o bu haqda şəxsi tvitter səhifəsində yazıb. İsveçli hücumçu bugünkü test nəticəsinin müsbət çıxdığını yazıb.

38 yaşlı forvard xəstəliyi simptomsuz keçirdiyini bildirib: "Dünənki testin nəticəsi mənfi, bugünkü isə müsbət oldu. Heç bir narahatlığım yoxdur. Koronavirus mənə meydan oxumağa cəsarət etdi. Məncə, pis ideyadır".

Ötən gün "Milan"ın braziliyalı müdafiəçisi Duartedə infeksiya aşkarlanıb. Bundan sonra bütün kollektivin test verməsi qərara alınıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR