İbrahimoviç "Milan"a qayıdır?

İbrahimoviç
"Milan" isveçli hücumçu Zlatan İbrahimoviçi heyətinə qatmaq istəyir. 

Sport7.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. 

Xəbərə görə, Milan təmsilçisi zədəsi sağalmaq üzrə olan sabiq futbolçusunu komandaya geri qaytarmaq niyyətindədir. 

Qeyd edək ki, "Mançester Yunayted" ilə 30 iyunda müqaviləsi bitən futbolçu ilə "Los Anceles Qalaksi" də maraqlanır. 
 
Xatırladaq ki, Zlatan İbrahimoviç 2010-12-ci illərdə "Milan"ın şərəfini qoruyub. 
 
Sport7.az

Xəbər lenti