İbrahimoviç

İbrahimoviç "Milan"dan gedir

Zlatan İbrahimoviç mövsümün sonunda "Milan"ı tərk edəcək.
 
Sport7.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
 
Xəbərə görə, İbrahimoviç klub rəhbərliyindəki dəyişikliklərə görə məyusdu. Həmçinin isveçli futbolçu baş direktor İvan Qazidisin işindən də narazıdı. Bu səbəbdən onun "Milan"dan ayrılacağı gözlənilir.

Zvonimir Boban - Paolo Maldini tandemi İbrahimoviçin ətrafında komanda qurmaq niyyətində idi. Lakin Boban bir müddət əvvəl "Milan"dan ayrıldı, Maldininin isə yaxın vaxtlarda "rossonerilər"i tərk edəcəyi bildirilir.

Qeyd edək ki, 38 yaşlı hücumçu "Milan" qışda azad agent kimi keçib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR