İbrahimoviç:

İbrahimoviç: "O, tarixin ən böyük futbolçusudur"

"Milan”ın hücumçusu Zlatan İbrahimoviç braziliyalı Ronaldonu tərifləyib.

Sport7.az xəbər verir ki, isveçli hücumçu "Yekədiş"ə heyranı olduğunu etiraf edib. Veteran futbolçu "sambaçı"nı futbol tarixinin ən yaxşısı adlandırıb: "İki cür futbolçu var: oyunu oynayanlar və oyunun özü olanlar. Mənim üçün Ronaldo oyunun özüdür. Onu izləyən hər kəs o cür oynamaq istəyərdi”.

Zlatan Ronaldonun, xüsusən də, DÇ-2002-dəki çıxışı ilə hər kəsi valeh etdiyini söyləyib: "Ronaldonun hərəkətləri, addım atmaq forması ilə mənə görə tarixin ən böyük futbolçusudur”.

İbrahimoviç "İnter”də oynadığı zaman həmin vaxt "Milan”ın formasını geyinən Ronaldoya rəqib olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR