İbrahimoviç:

İbrahimoviç: "Tezliklə İtaliyada görüşərik"

"Los-Anceles Qalaksi"nin sabiq hücumçusu Zlatan İbrahimoviç yenidən karyerasını İtaliyada davam etdirəcəyini açıqlayıb.

İsveçli futbolçu "GQ Italia"ya müsahibəsində qeyd edib:

"Yenidən qələbələri sıralamağa başlayacaq, tarixini bərpa edəcək, hamıya və hər şeyə qarşı mübarizə aparacaq kluba keçəcəm. Sizi yenidən təəccübləndirmək üçün ancaq bu formada özümdə motivasiya tapa bilərəm.

Söhbət təkcə klub seçimindən getmir. Ailəmin maraqlarını və digər bir neçə faktoru da nəzərə almışam. Tezliklə İtaliyada görüşərik".

"Milan"ın İbrahimoviçlə müqavilənin şərtlərini razılaşdırdığı bildirilir. Həmçinin "Napoli", "Roma" və "Bolonya" da forvardın xidmətində maraqlıdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR