İbrahimoviçdən İsveç açıqlaması: "Onlar dünyanı ələ keçirmək üzrədilər"

İbrahimoviçdən İsveç açıqlaması:
İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviç skandinaviyalıların dünya çempionatındakı çıxışı haqda danışıb.

Sport7.az xəbər verir ki, 36 yaşlı futbolçu "As” nəşrinə açıqlamasında, İsveç yığmasının mundialda daha da irəli gedə biləcəyini istisna etməyib: "Hələ dünya çempionatının startından öncə demişdim ki, onlar çox irəli gedəcəklər. Hətta kuboku da qazana bilərlər. Çox sevinirəm. İsveçli olduğuma görə qürur duyuram. Qələbəni qeyd etmək üçün İsveç bayrağı ilə gəzirdim. Mən bütün dünyanı zəbt etmişəm, indi növbə İsveçindi. Onlar da dünyanı ələ keçirmək üzrədilər. Kim olursa olsun, İsveçin rəqiblərini çətin matç gözləyir. Məncə, hamı bunu yaxşı başa düşür. Onlar bunu göstərdilər və eyni ruhla da davam edirlər”
 
İbra həmçinin digər qitə təmsilçiləri ilə müqayisədə Avropa zonası üzrə çıxış edən yığma komdaların İsveç üçün daha çətin rəqib olduqlarını qeyd edib: "İsveçrə ilə matç çətin olacaq, çünki bu, Avropa qarşıdurmasıdı. İsveç Avropanı təmsil etməyən iki yığmaya qalib gəlsə də, Almaniyaya məğlub oldu. Ancaq bunun bir məna ifadə etdiyinə inanmıram. Onların hər şeyin ən doğrusunu edəcəyindən əminəm. Bizə isə komandanı dəstəkləmək qalır”.
 
İsveç iyulun 3-də 1/8 final çərçivəsində İsveçrə ilə qarşılaşacaq.
 
Sport7.az

Xəbər lenti