İbrahimoviçin

İbrahimoviçin "Los-Anceles Qalaksi"dən ayrılacağı dəqiqləşdi

"Los-Anceles Qalaksi" Zlatan İbrahimoviçlə müqavilə yeniləməyəcək. Qarşılıqlı razılıq əsasında bu yöndə qərar qəbul edilib.

İbrahimoviçin müqaviləsi 2019-cu ilin 31 dekabrında başa çatır.

"Qalaksi"nin prezidenti Kris Klayn İbrahimoviçə təşəkkür edib:

"Klubdakı, ümumilikdə MLS-dəki çıxışına görə Zlatana təşəkkür etmək istərdik. İbrahimoviçin Los-Ancelesdə futbola olan marağın artması baxımından böyük rolu olub.

Əzminə, iş ehtirasına və professionallığına görə ona minnətdarıq. Zlatanın Los-Anceles və Şimali Amerikadakı futbolsevərlər üçün etdiklərini diqqətdən kənar qoymaq olmaz".

İbrahimoviçin karyerasını "Milan"da davam etdirəcəyi gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR