"İcarəyə də olsa gəlsin!" - Baş məşqçinin arzusu

"Kristal Pelas” klubunun futbolçusu Kristian Benteke Premyer Liqanın digər komandasına keçə bilər.

Sport7.az xəbər verir ki, belçikalı hücumçu "Vest Bromviç”in maraq dairəsindədir. Premyer Liqanın autsayderi mərkəz müdafiəçisini qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir. Bentekenin keçidində baş məşqçi Sem Ellardays israrlıdır. 

Lakin klubun maliyyə imkanları bu transferi reallaşdırmağa imkan vermədiyindən, icarə ilə kifayətlənmək niyyətindədi.

Benteke cari mövsüm 13 oyunda 3 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR