İcraiyyə Komitəsi toplandı – AFFA nə qərarlar verəcək?

İcraiyyə Komitəsi toplandı – AFFA nə qərarlar verəcək?
AFFA İcraiyyə Komitəsinin iclası başlayıb.

Sport7.az xəbər verir ki, toplantı milli assosiasiyanın inzibati binasında keçirilir. Bu barədə "Report” məlumat yayıb.
 
İclasda İK üzvlərindən Zaur Axundov, Mahir Məmmədov və Elmar Məmmədyarov hələlik iştirak etmirlər. 

Toplantıda eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın Texniki Departamentinin rəhbəri Berhnard Lippert və digər rəsmi şəxslər yer alıblar. 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflərin müzakirəsi;

2. Azərbaycan Premyer Liqasında gənc futbolçularla bağlı limit;

3. Lisenziyalaşdırma prosesi ilə bağlı məlumat;

4. Digər məsələlər.

Sport7.az

 

Xəbər lenti