İddiaçılar turniri: Şəhriyar Məmmədyarovdan heç-heçə

İddiaçılar turniri: Şəhriyar Məmmədyarovdan heç-heçə
Martın 11-də Berlində şahmat üzrə iddiaçılar turnirində ikinci turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, turnirin reytinq favoriti olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ikinci turda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Oyun heç-heçə yekunlaşıb.

İkinci turun digər oyunlarında isə Rusiya idmançısı Aleksandr Qrişuk ABŞ təmsilçisi Uesli Soya qalib gəlib. Fabiano Karuana (ABŞ) – Dinq Lijen (Çin) və Vladimir Kramnik – Sergey Karyakin (hər ikisi Rusiya) qarşılaşmalarında şahmatçılar xalları yarı bölüblər.

Hesabında 1,5 xal olan Vladimir Kramnik, Şəhriyar Məmmədyarov və Fabiano Karuana 1-3-cü yerləri bölüşürlər. Levon Aronyan, Dinq Lijen və Aleksandr Qrişuk 1 xalla 4-6-cı pillədə qərarlaşıblar. Sergey Karyakin 0,5 xalla yeddinci, hesabında xal olmayan Uesli So isə sonuncu pillədə yer alıb.

Martın 28-dək davam edəcək iddiaçılar turnirinin qalibi dünya çempionluğu uğrunda görüşdə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə üz-üzə gələcək.
 
Sport7.az 

Xəbər lenti