Dünya çempionatının televiziyalarda yayımı məsələsi aktual problem
olaraq qalmaqdadı.
Sport7.az xəbər verir ki, yayım hüququnu alan hər bir telekanal öz
ölkəsində çempionatı yayımlamaq üçün müəlliflik hüququna sahib olur. Bununla da
həmin televiziya kanalı auditoriyasını, eyni zamanda da reklam gəlirlərini
artırmağı düşünür.
Xarici kanallardan gələn siqnalın kəsilməməsi isə bu məsələdə ciddi
problemə çevrilir. Qazaxıstan ərazisində yayımq hüququna sahiblənmiş "Qazsport”
kanalı ölkədəki futbol kafe və barlarını bu səbəbdən məhkəməyə verməyə
hazırlaşır. Buna səbəb həmin obyektlərin futbol qarşılaşmalarını xarici
telekanallar vasitəsiylə yayımlamasıdı.
30-dan çox obyekt haqqında müəlliflik hüququnun pozulmasına görə
məhkəmə iddianaməsi hazırlanıb.