İdmançı yol qəzasında həyatını itirdi

İdmançı yol qəzasında həyatını itirdi
2015-ci il Dünya Atletizm Çempionatında paralimpiyaçı kişilər arasında 400 metr məsafədə yarışın qızıl medalçısı Nikolas Bett dünyasını dəyişib.
 
Sport7.az xəbər verir ki, Nigeriyada təşkil olunan Afrika çempionatında yarışdıqdan sonra ölkəsi Keniyaya dönən 28 yaşlı idmançı Nandidə baş verən yol qəzasında həyatını itirib. 
 
2015-ci ildə 47.79 saniyə göstərici ilə çempion olmuş Bettin Afrika çempionatlarında iki bürünc medalı vardı. 
 
Onun üzvü olduğu "Fənərbaxça" da idmançıya başsağlığı verib.
 
Sport7.az

Xəbər lenti