İdmançılarımız Avropa çempionatında mübarizəyə başlayırlar

İdmançılarımız Avropa çempionatında mübarizəyə başlayırlar
İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

Sport7.az xəbər verir ki, çempionatda güləşin hər üç növü üzrə yığmamızın üzvləri mübarizə aparırlar.

Çempionatın beşinci günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulurlar.

Bu çəki dərəcələrində Azərbaycanın idman şərəfini Əliabbas Rzazadə (57 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), Orxan Abbasov (79 kq) və Alimaqomed Alixmoyev (97 kq) qoruyacaqlar.

Səkkizdəbir final mərhələsində təmsilçilərimizdən Əliabbas Rzazadə makedoniyalı Minir Redcepi ilə qarşılaşacaq. Elmar Kazımov Georgi Elbakidze (Gürcüstan) - Zoltan Vilhelm (Macarıstan) qarşılaşmasının qalibi, Hacımurad Hacıyev isə İveriko Julakidze (Gürcüstan) ilə görüşəcək. Mübarizəyə onaltıdabir finaldan başlayacaq Orxan Abbasov Tornike Kvinikadze (Gürcüstan), Alimaqomed Alixmoyev isə dörddəbir finalda Feyzullah Akturk ilə üz-üzə gələcək.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edir.
 
Sport7.az

Xəbər lenti