26-28 fevral 2021-ci il tarixində Latviyanın Riqa şəhərində üzgüçülük üzrə "97th Latvian Open 2021" beynəlxalq turniri keçirilib.
Sport7.az xəbər verir ki, turnir Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı. İdmançılarımız "97th Latvian Open 2021" beynəlxalq turnirində 4 qızıl, 4 gümüş və 2 bürünc olmaqla ümumilikdə 10 medal qazanıb.
"97th Latvian Open 2021" beynəlxalq turnirində Ramil Vəlizadənin lisenziya normativlərini yerinə yetirməsi üçün 00.04 saniyəsi çatmayıb. Eyni zamanda, Selcan Əbdürəhmanlı 800 m sərbəst üsulda, Ayan Kələntərova 400 m qarışıq üsulda, Maksim Vorontsov isə 1500 m sərbəst üsulda İdman ustası normativlərini yerinə yetiriblər.
İdmançıların nəticələrini diqqətinizə çatdırırıq.
Maksim Şemberev
400 m qarışıq üsul – qızıl medal
1500 m sərbəst üsul – qızıl medal
Fatimə Alkərəmova
400 m sərbəst üsul – qızıl medal
800 m sərbəst üsul – qızıl medal
Ramil Vəlizadə
200 m buatterflay (butterfly) üsulu – gümüş medal
Selcan Əbdürəhmanlı
400 m sərbəst üsul – gümüş medal
800 m sərbəst üsul – gümüş medal
Ayan Kələntərova
400 m qarışıq üsul – gümüş medal
Vəli İsrafilov
200 m brass üsulu – bürünc medal
Şeyxəlizadəxangah Məryəm
100 m batterflay üsulu – bürünc medal
Sport7.az