İdmançılarımıza 20 il əvvəlki uğurlarına görə hədiyyələr verildi

İdmançılarımıza 20 il əvvəlki uğurlarına görə hədiyyələr verildi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təşkilatçılığı ilə Azərbaycan olimpiyaçılarının "Sidney-2000”də çıxışının 20 illik yubileyinə həsr edilmiş videokonfrans təşkil edilib.

Sport7.az xəbər verir ki, tədbirdə çıxış edən AİJF prezidenti Qabil Mehdiyev, ADBTİA-nın rektoru Fuad Hacıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sidney Olimpiadasının qalibləri Zemfira Meftahətdinova, Namiq Abdullayev, bürünc mükafatçısı Vüqar Ələkbərov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov çıxış edərək Azərbaycanda Olimpiya hərəkatının inkişafından danışıblar, gələcəkdə daha böyük nailiyyətlərin əldə olunacağına inandıqlarını bildiriblər.

Sonda Sidney Olimpiadasında medal qazanan idmançılara ADBTİA-nın plaketi və xatirə hədiyyələri təqdim edilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR