İdmançılarımızdan Makedoniyada uğurlu çıxış

İdmançılarımızdan Makedoniyada uğurlu çıxış

Şimali Makedoniyanın Skopye şəhərində komandalar arası Avropa çempionatında 3 - cü liqa yarışları keçirilir.
 
Sport7.az xəbər verir ki, 10 avqust tarixində keçirilən birinci günün nəticələri idmançılarımız üçün uğurlu alınıb.
 
Belə ki, Zralova Sabrina 3 təkanla tullanmada 12,90 nəticə ilə (şəxsi ən yaxşı nəticəsi) 2-ci, Həsənova Zəkiyyə 100 m məsafədə 3-cü olub. 4x100 m məsafəyə estafet qaçışında isə qızlardan ibarət komandamız üçüncülüyə sahib çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR