İdmançımız Əlcəzairdə gümüş medal qazandı

İdmançımız Əlcəzairdə gümüş medal qazandı

Badmintonçumuz Edi Reski Dviçayo Əlcəzairdə keçirilən "Algeria International 2019" (24-27 oktyabr) turnirində gümüş medal qazanıb.
 
Sport7.az xəbər verir ki, turnirin reytinq favoritlərindən sayılan Edi 1/16 finalda hindistanlı Anant Şivam Jindalı 2:0 (21-19,21-14) hesabı ilə məğlub edib.  Dviçayo növbəti mərhələdə yerli idmançı Yosef Sabri Medel üzərində 2:0 (21-9,21-13) hesablı qələbə qazanmaqla, 1/4 finala yüksəlib. Badmintonçumuz bu mərhələdə Türkiyə təmsilçisi Emre Laleyə 2:1 (21-9,19-21,21-6) hesabı ilə qalib gəlib. Yarımfinalda Mavriki badmintonçusu ilə qarşılaşan Corcs Julyen Paulu mübarizədən kənarlaşdıran( 2:0 (21-10,21-16) Edi finalda turnirin 1 nömrəli reytinq favoriti, Bakıda keçirilən ilk Avropa oyunlarının qalibi ispan Pablo Abiana 0:2 (8-21,6-21) hesabı ilə uduzub. "International Series" katetoqriyalı yarışı ikinci sırada başa vuran idmançımız hesabına 2130 reytinq xalı yazdırıb.
 
Digər badmintonçumuz Ezmi Qovimuramadhoninin 1/16 finalda rəqibi yarışa qatılmadığından, mübarizəyə 1/8 finaldan qoşulub. Ezmi bu mərhələdə Fransa təmsilçisi, bir çox "International" seriyalı yarışların qalib və gümüş mükafatçısı Leo Rossiyə 0:2 (7-21,14-21) hesabı ilə məğlub olub. Badmintonçularımız Əlcəzairdə keçiriın beynəlxalq turnirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR