İdmançımız ermənini darmadağın edib, olimpiadaya lisenziya qazandı!

İdmançımız ermənini darmadağın edib, olimpiadaya lisenziya qazandı!

Bu gün Türkiyənin İstanbul şəhərində taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirinin növbəti görüşləri keçirilib. Sport7.az xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan yığması üçün uğurlu alınıb.

Belə ki, idmançılarımız bu turnirdə artıq 3-cü lisenziyanı da qazanıb. 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beigi Harçeqani Fəridə Əzizova və Patimat Abakarovanın uğurunu təkrarlayıb.

O da, digər idmançılarımız kimi finala çıxaraq, "Braziliya bileti”ni əldə edib. İlk döyüşdə latviyalı Yanus Kauneni (16:0) məğlub edən Milad, daha sonra erməni idmançı Arman Yeremyanı darmadağın edib - 11:1. Yarımfinalda ev sahibi Yunus Sarını da böyük hesabla (10:1) mübarizədən kənarlaşdıran Harçeqani finala adlayıb. Finalda Harçeqani polşalı Pyotr Pazinskini 14:2 hesabı ilə darmadağın edərək, qızılı boynundan asıb.

Bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızın sayı 32-ə çatıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR