İdmançımız Las-Veqasda 3-cü oldu

İdmançımız Las-Veqasda 3-cü oldu
8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyinə start verilib.
 
Sport7.az xəbər verir ki, 50 ölkədən 200-yə yaxın atletin mübarizə aparacağı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Rüstəm Qasımov çıxıb. O, 67 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 121 kq nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq bürünc medala layiq görülüb.

Rüstəm təkanla qaldırma hərəkətində 143 kq nəticə göstərərək bu hərəkətdə 7-ci yeri tutub.

Toplam 264 kq (121+143) nəticə göstərən Qasımov yekun sıralamada 5-ci pillədə qərarlaşıb.
 
Sport7.az

Xəbər lenti