İdmançımız Latviya turnirində bürünc medal qazandı

İdmançımız Latviya turnirində bürünc medal qazandı
Latviyada stolüstü tennis üzrə "Riqa gənclərinin kuboku” turnirinə yekun vurulub.

Sport7.az xəbər verir ki, yeniyetmə idmançılar arasında keçirilən yarışda iştirak edən tennisçimiz Mərziyyə Nurmətova turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, turnirdə ölkəmizi məşqçi Qulu Quliyevin rəhbərliyi altında altı idmançı təmsil edib.
 
Sport7.az

Xəbər lenti