İdmançımız Türkiyədə 6-cı oldu

İdmançımız Türkiyədə 6-cı oldu

Türkiyənin Alanya bölgəsində gənc velosipedçilər arasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Velo Alanya Junior” yarışı start götürüb.
 
Sport7.az xəbər verir ki, 2 günlük yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Nikita Sıtov, Kamran Mirzəxanov və Nofəl Nuriyevdən ibarət komandamız da iştirak edir.

Yarışın 1-ci mərhələsində iştirakçılar 101 km məsafə qət ediblər. Təmsilçilərimizdən ən yüksək nəticəyə Nikita Sıtov imza atıb – o mərhələ qalibindən cəmi 1 saniyə geri qalaraq 2 saat, 26 dəqiqə, 55 saniyə göstərici ilə 6-cı olub.

Sabah keçiriləcək sonuncu - 2-ci mərhələdə velosipedçilər 6,3 km məsafəyə fərdi ötüşmədə mübarizə aparacaqlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR