Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 ilin rəmzi komandasını açıqlayıb.
Sport7.az xəbər verir ki, İFFHS-in müəyyənləşdirdiyi komandanın hücum xəttində "Barselona"dan Messi, "Yuventus"dan Ronaldo və "Bavariya"dan Robert Levandovski yer alıb.
"11-lik"də ən çox təmsil olunan komanda isə "Real"dı. Heyətdə Madrid klubundan 4 futbolçuya yer verilib.
Qapıçı: Manuel Noyer ("Bavariya", Almaniya)
Müdafiəçilər: Marselo, Serxio Ramos (hər ikisi "Real"), Flipp Lam ("Bavariya", Almaniya), Vircil Van Dayk ("Liverpul", İngiltərə),
Yarımmüdafiəçilər: Luka Modriç, Toni Kroos (hər ikisi "Real"), Andres İnyesta ("Vissel Kobe", Yaponiya),
Hücumçular: Lionel Messi ("Barselona"), Kristiano Ronaldo ("Yuventus"), Robert Levandovski ("Bavariya")
Sport7.az