İkardi

İkardi "Napoli"də oynamağa razılıq verib

"İnter"in hücumçusu Mauro İkardi "Napoli"yə keçməyə razılıq verib.

"Tuttosport"un xəbərinə görə, "Napoli"nin şərtləri İkardini qane edib. Hazırda argentinalının həyat yoldaşı və agenti Vanda Naranın transferi yekunlaşdırmaq üçün Neapol klubu ilə danışıqlar apardığı bildirilir.

Daha əvvəl forvardın adı "Yuventus"la birlikdə hallanırdı.

2018-19 mövsümündə İtaliya A Seriyasında 29 matçda meydana çıxan M. İkardi 11 dəfə rəqib qapılarına yol tapmış, 4 dəfə isə qol ötürməsinin müəllifi olmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR