İkardi

İkardi "Yuventus"a keçir

"İnter"in hücumçusu Mauro İkardi yayda iş yerini dəyişə bilər.

Argentinalının, həyat yoldaşı və agenti Vanda Nara ilə birlikdə "Yuventus"la müqavilənin detallarını bir neçə həftə əvvəl razılaşdırdığı iddia olunur. Sazişin 5 il müddətinə nəzərdə tutulduğu və İkardinin ilinə 8 milyon avro qazanacağı bildirilir.

"La Gazzetta dello Sport"un məlumatına görə, "İnter"in yeni baş məşqçisi olacağı gözlənilən Antonio Kontedən ehtiyatlanan forvard komandadan ayrılmaq qərarını qətiləşdirib. Milan təmsilçisi İkardinin ölkə xaricinə transferinin tərəfdarı olsa da, Vanda Nara İtaliyada qalmağa üstünlük verib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR