İki cüdoçumuz finalda

İki cüdoçumuz finalda

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Qətərin paytaxtı Dohada keçirilən "World Masters” turnirində yarımfinal görüşünə çıxıb.

Sport7.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə kamerunlu Hortens Vanessa Mballa Atanqana ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Kindzerska finala yüksəlib. O, həlledici görüşdə fransalı Romana Dikkonu sınağa çəkəcək.

Kişi cüdoçularımızdan Zelim Kotsoyev də 100 kq çəki dərəcəsində finala yüksəlib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR